İdman

Azərbaycan idmançısı müharibəyə görə karyerasını bitirdi

6 Mart 2022 17:37
0 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin üzvü İrina Kindzerska karyerasını başa vurub.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı şəxsi instaqram hesabında məlumat paylaşıb.

31 yaşlı cüdoçu bu qərarı həyatında baş verən bütün hadisələrdən sonra qəbul etdiyini bildirib: "Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".

Kindzerskanın ölkəsində davam edən müharibə səbəbindən bu addımı atdığı istisna edilmir. 

Xatırladaq ki, bir neçə gün əvvəl onun Ukraynanın İrpen şəhərindəki evi silahlı hücuma məruz qalıb. Kindzerksa hazırda ailəsi ilə birlikdə təhlükəsiz yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.