İdman

Nazir Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşdü

1 Mart 2022 13:58
Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 28-də gənclər və idman naziri Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə komplekslərin qarşılaşdıqları çətinliklərin həlli yolları və onların fəaliyyətlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Olimpiya İdman Kompleksləri uşaq-gənclər idman məktəbləri və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti sayəsində idmanda kütləviliyin artırılmasında görülən işlər, inkişaf etdirilən idman növlərinin sayının artırılması da müzakirə olunub. Bu baxımdan ilin bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin etməyin vacibliyi də vurğulanıb.

Olimpiya İdman Komplekslərinin idarə olunmasında yeni yanaşmaya ehtiyac olduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, bu qurğuların səmərəli fəaliyyətini təmin etmək nazirliyin əsas məqsədlərindən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.