İdman

Polşa millisi Rusiya ilə oyundan imtina etdi

27 Fevral 2022 01:34
0 Şərh     Baxış: 2 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə matçdan imtina edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün Tviter səhifəsində yazıb.

O, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kəskinləşdiyi üçün bu ölkənin yığması ilə görüşmək niyyətində olmadıqlarını bildirib:

"Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq".

Millinin kapitanı Robert Levandovski də federasiyanın mövqeyini dəstəkləyib:

"Rusiyalı futbolçular və azarkeşlər buna görə məsuliyyət daşımırlar. Amma heç nə baş vermədiyini iddia edə bilmərik".

Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.