İdman

Tanınmış klubda koronavirusa kütləvi yoluxma aşkarlanıb

23 Fevral 2022 21:25
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriya "Zaltsburq"unda koronavirusa kütləvi yoluxma halları aşkarlanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, komandada 15 nəfərin testi müsbət çıxıb. Onların arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var.

İnfeksiyaya yoluxmuş şəxslərin hamısı karantinə alınıb. Onların bəzilərinin xəstəliyi simptomsuz keçirdiyi bildiirlib.

Kütləvi yoluxma səbəbindən Zaltsburq şəhərinin eyniadlı təmsilçisinin 2 məşqi ləğv olunub. Yaxın günlərdə komanda üzvlərindən növbəti dəfə analiz götürüləcək.

Həmçinin klubda təhlükəsizlik tədbirləri gücləndiriləcək: tamaşaçılar artıq məşqlərə buraxılmayacaq, bütün kütləvi tədbirlər ləğv ediləcək və ya təxirə salınacaq.

Qeyd edək ki, "Zaltsburq" növbəti oyununu Avstriya çempionatında LASK klubuna qarşı keçirəcək. Görüş fevralın 27-də baş tutacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.