İdman

"Marsel" klubu Bakıya gəlib

22 Fevral 2022 23:56
0 Şərh     Baxış: 2 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Fransa "Marsel"i Bakıya gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, Marsel təmsilçisini daşıyan təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanın baş məşqçisi Xorxe Sampaoli Azərbaycan paytaxtına 22 futbolçu gətirib.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlayacaq. İlk oyunda Fransa klubu 3:1 hesablı qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.