İdman

İrina Zaretskadan qızıl medal

20 Fevral 2022 22:55
0 Şərh     Baxış: 2 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən Karate1 Premyer Liqa seriyası yarışında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.

Milli.Az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Silvia Semeraronu məğlub edərək yarışın qalibi olub.

Komandamızın digər üzvləri Tural Ağalarzadə (67 kq) gümüş, Turqut Həsənov (84 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan komandası yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.