İdman

40 yaşlı İbrahimoviçə yeni müqavilə təklifi

19 Fevral 2022 14:24
0 Şərh     Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan" futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb. A seriyası təmsilçisi oktyabr ayında 41 yaşı tamam olacaq hücumçuya yeni sözləşmə təklif edəcək. Lakin İbrahimoviç bu müqavilə ilə razılaşsa, onun maaşı əhəmiyyətli dərəcədə azaldılacaq. Belə ki, oyunçu hazırda illik 7 milyon avro məvacib alır. Lakin "Milan" yeni sözləşmə imzalanacağı təqdirdə İbrahimoviçə illik 3 milyon avro əməkhaqqı ayıracaq. Bonuslarla birlikdə isveçli futbolçunun qazancı 5 milyon avroyadak arta bilər.

Qeyd edək ki. İbrahimoviçin "Milan"la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.