İdman

“Neftçi” “Sabah”la üz-üzə

12 Fevral 2022 08:02
0 Şərh     Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan kubokunda daha bir matç baş tutacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti qarşılaşma "Bank Respublika Arena"da keçiriləcək.

İkinci yarımfinalçı "Sabah"la "Neftçi"nin duelində bəlli olacaq. İlk qarşılaşmada qollu heç-heçə edən Bakı klubları növbəti mərhələyə vəsiqə üçün mübarizə aparacaq. Qış fasiləsindən sonra qələbə həsrətində olan "Neftçi" bu il uduzmayan rəqibini dayandırmağa çalışacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq. 

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
12 fevral (şənbə)
16:00. "Sabah" - "Neftçi"

Baş hakim: Rəvan Həmzəzadə
"Bank Respublika Arena"
İlk oyun - 1:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.