İdman

"Zirə" nigeriyalı futbolçu aldı

10 Fevral 2022 21:54
0 Şərh     Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zirə" heyətinə yeni oyunçu cəlb edib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ahmed Ayzaya ilə 1,5+1 illik müqavilə bağlayıb.

26 yaşlı nigeriyalı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim" və "Kovilya" klublarında çıxış edib.

Qeyd edək ki, "Zirə" buna qədər Hamidu Keyta ("Santa Klara", Portuqaliya), Brayan Alseus ("Qaz Metan", Rumıniya), Rahil Məmmədov ("Qarabağ" - icarə) və Nail Alışovu ("Səbail") heyətinə cəlb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.