İdman

Türkiyə Kuboku: "Fənərbağça" mübarizəni dayandırıb

8 Fevral 2022 23:56
0 Şərh     Baxış: 1 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə Kubokunda 1/8 finalın daha bir oyunu keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, "Fənərbağça" öz meydanında "Kayserispor"la qarşılaşıb. "Ülker" stadionundakı görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramazan Civelek vurub.

Kayseri klubu ilk hissənin sonlarında azlıqda qalıb. Uğur Demirok birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra İstanbul təmsilçisi ölkə kubokunda mübarizəni dayandırıb. "Kayserispor" isə 1/4 finala yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.