İdman

İdmançımız ikinci oldu

6 Fevral 2022 23:39
0 Şərh     Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Parisdə keçirilən "Böyük dəbilqə" turnirində Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) gümüş medal qazanıb.

Milli.Az bildirir ki, təmsilçimiz həlledici mərhələdə Monqolustan təmsilçisi Tsetsencel Odxuu ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu medal Azərbaycan komandasının turnirdə ikinci mükafatıdır. Belə ki, bundan əvvəl komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) də yarışda ikinci yeri tutub.

Xatırladaq ki, Azərbaycan bu gün başa çatan yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.