İdman

Oyun azarkeşlərə görə yarımçıq dayandırıldı

16 Yanvar 2022 10:08
0 Şərh     Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Betis" və "Sevilya" komandaları arasında İspaniya Kubokunun 1/8 final matçı yarımçıq dayandırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna yerlli azarkeşlərin hərəkəti səbəb olub.

İlk hissənin sonunda fanatların meydançaya atdığı yad əşyalardan biri qonaqların futbolçusu Joan Jordanın başına dəyib. Həkimlər dərhal 28 yaşlı yarımmüdafiəçiyə tibbi yardım göstəriblər.

Baş hakim isə görüşü saxlayaraq, komandaları paltardəyişmə otağına göndərib. Bu zaman hesab 1:1 olub.

Daha sonra İspaniya Futbol Federasiyası qarşılaşmanın təxirə salındığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.