İdman

"Beşiktaş"dan qələbə

15 Yanvar 2022 08:51
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında 21-ci tura start verilib.

Turun açılış matçında "Beşiktaş" doğma meydanda "Qaziantep"i qəbul edib və minimal hesabla qalib gəlib.

Günün digər matçı "Yeni Malatyaspor"la "Göztəpə" arasında olub. Üç qolun qeydə alındığı bu oyunda isə qonaqlar sevinən tərəf olub.

14 yanvar

Türkiyə Superliqası, 21-ci tur

"Beşiktaş" - "Qaziantep" - 1:0
Qol:
 Batşuayi, 67.

"Yeni Malatyaspor" - "Göztəpə" - 1:2
Qol:
 M.Eskihellac, 7 - B.Əmir, 15. Laurensi, 73

Bu qələbədən sonra xallarını 32-ə çatdıran "Beşiktaş" 5-ci pilləyə yüksəlib. "Qaziantep" 31 xalla 8-ci, "Göztəpə" 21 xalla 16-cı, "Yeni Malatyaspor" 15 xalla sonuncu - 20-cidir. Turnir cədvəlinə 49 xalla "Konyaspor" başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.