İdman

"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

12 Yanvar 2022 17:54
0 Şərh     Baxış: 1 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına İsmail Kartal gətirilib.

60 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu postda Vitor Pereyranı əvəz edib.

İmsail Kartal 2014/2015 mövsümündə "Fənərbağça"nı çalışdırıb. Təcrübəli mütəxəssis "sarı-lacivərtlilər"in baş məşqçisi kimi 46 oyunda komandanı meydana çıxarıb. "Fənərbağça" bu matçlarda 30 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.