İdman

Rusiyanın tanınmış voleybolçusu ürək tutmasından ölüb

1 Yanvar 2022 17:54
0 Şərh     Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya millisinin sabiq voleybolçusu Vadim Xamutskix 52 yaşında dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, veteran oyunçunun ölümünə ürək tutması səbəb olub.

Əməkdar idman ustası ötən gecə vəfat edib.

Qeyd edək ki, Vadim Xamutskix yığmanın heyətində Sidney-2000 Yay Olimpiya Oyunlarında gümüş, Afina-2004 və Pekin-2008-də isə bürünc medal qazanıb. O, həmçinin Dünya Kuboku, Dünya Liqasının qalibi, dünya çempionatının gümüş mükafatçısı (2002) olub. Xamutskix Avropa çempionatında 2 dəfə gümüş və 2 dəfə bürünc medallara sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.