İdman

"Qarabağ"la oyunda yarım saniyəyə qərar verməli idim"

25 Dekabr 2021 16:02
0 Şərh     Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kipr "Omoniya"sının futbolçusu Xordi Qomes UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"a uzaq məsafədən vurduğu qol haqqında danışıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında bu cür zərbələr üçün məşq etmədiyini bildirib.

İspaniyalı oyunçu qarşılaşmalar vaxtı imkan yarandıqda bəxtini sınadığını söyləyib: "Məşqlərdə bunun üzəridə çalışmıram. Daim meydanın mərkəzindən belə zərbələr vurmaq üçün səbəb görmürəm. Qolkiperlərin çoxu qapıdan uzaqlaşır. Hərdən bunun fərqinə varıram, amma bütün diqqətim bu nüansda olmur. Bu gün hansısa məsafədən qol vuracağam fikri ilə meydana çıxmıram. Avropa Liqasında Niderlandın PSV komandası ilə görüşdə qolkiperin irəlidə olduğunu görməyə vaxt tapdım. "Qarabağ"la qarşılaşmada isə yarım saniyəyə qərar verməli idim".

Qomes Azərbaycan təmsilçisi ilə matçın sonlarında 1:2 hesabı ilə geridə olduqlarını xatırladıb: "Azlıqda qaldığımız üçün yarımmüdafiəni güclə keçirdik. Andronikos Kakullisdən ötürmə aldım. Bu zaman topu buludlara göndərsəm, komanda yoldaşlarımın mənə nə deyəcəyini düşünmədim. Bir şeyi sınamaqdan qorxma".

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.