İdman

Messi ilk dəfə...

25 Dekabr 2021 08:28
1 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin futbolçusu Lionel Messi bu mövsüm karyerasının ən pis nəticələsini göstərib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Paris təmsilçisi ilə Liqa 1-in ilk dövrəsini cəmi 1 qolla bitirib.

Messi ölkə çempionatında çıxdığı 11 oyunda cəmi 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, bununla da, karyerasının ən faydasız ilk dövrəsini keçirib.

Messi ötən mövsüm çıxış etdiyi "Barselona" ilə 47 oyunda 38 qol vurub, 11 məhsuldar ötürmə edib. Argentinalı oyunçu bu performansına görə 7-ci dəfə "qızıl top" mükafatını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.