İdman

Nərmin Abdinova, Lalə Hüseynova və Əsnəd Vəliyevanın AVROPA UĞURU

23 Dekabr 2021 20:33
0 Şərh     Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahmat üzrə məktəblilər arasında Avropa çempionatına yekun vurulub. 

Şahmat Federasiyasından Milli.Az-a verilən məlumata görə, koronavirus pandemiyasına görə onlayn keçirilən turnirdə Azərbaycan şahmatçıları 5 medal qazanıb.

13 yaşlı qızların yarışında Nərmin Abdinova final görüşündə 1,5:0,5 xal hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb. Daha bir şahmatçımız - 15 yaşlı oğlanların qrupunda fərqlənib. Şiroğlan Talıbov finalda məğlub olmaqla gümüş medalla kifayətlənib. Xaqan Əhməd 10 yaşlı oğlanlar arasında gümüş medal qazanıb.

11 və 10 yaşlı qızların yarışında müvafiq olaraq Lalə Hüseynova və Əsnəd Vəliyeva 3-cü nəticə göstərərək bürünc medal əldə edib.

Qeyd edək ki, ümumilikdə, final mərhələsində 9 şahmatçımız mübarizə aparıb. Çempionat iki mərhələ üzrə Tornelo oyun platformasında təşkil olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.