İdman

Mbappe: “Həyat təcrübəsi puldan daha vacibdir”

17 Dekabr 2021 13:24
0 Şərh     Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin hücumçusu Kilian Mbappe qazandığı pula münasibətindən danışıb.

"Həyat təcrübəsi qazanılan puldan daha vacibdir, baxmayaraq ki, pul da vacibdir, çünki qayğısına qalmalı olduğumuz ailəmiz var. İlk növbədə kəşf etmək, səyahət etmək, başqa oyunçularla, fərqli mədəniyyətlərlə tanış olmaq istəyirəm", - deyə 22 yaşlı futbolçu bildirib.

Milli.Az xəbər verir ki, Fransa millisinin üzvü qeyd edib ki, karyerasına başlayanda artıq ulduz olmaq hissi ilə yaşamaq doğru olmazdı:

"Yaxşı ki, valideynlərim qazandığım məbləği mənə demədilər. Onlar haqlı idilər. Axı 14 yaşlı uşağın qiymətinin milyonlarla dollar dəyərində olduğunu bilməsindən sonra onu necə tərbiyə etmək olar?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.