İdman

"Qarabağ"ın futbolçuları ən yaxşılar arasında

11 Dekabr 2021 13:54
0 Şərh     Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konfrans Liqasının qrup mərhələsinin 6-cı turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borges də ən yaxşılar sırasında yer alıb. O, cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. 25 yaşlı yarımmüdafiəçinin İsveçrədə "Bazel"lə qarşılaşmada 5 cəhdi uğurlu alınıb. Braziliyalı oyunçu Niderlandın "Vitess" klubunda çıxış edən Maksimilian Vitteklə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Azərbaycan təmsilçisində Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçıların sırasındadır. O, "Bazel"dən Haynts Linder və Serbiya "Partizan"ından Aleksandar Popoviçlə birgə 4 - 6-cı pillələri bölüşdürür. Hər üç qolkiper 5 dəfə komandasını real qoldan xilas edib.

Qeyd edək ki, "Qarabağ" "Bazel"ə 3:0 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.