İdman

“Bazel” - “Qarabağ” matçının hakimləri açıqlandı

7 Dekabr 2021 16:24
0 Şərh     Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində son matçının hakimləri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA Azərbaycan təmsilçisinin İsveçrədə "Bazel"lə keçirəcəyi matçı Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib.

Dekabrın 9-da "Sankt-Yabok Park"da baş tutacaq qarşılaşmada Fran Yoviç ədaləti qoruyacaq. Ona Xrovye Radiç və Luka Puşiç kömək edəcək. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək görüşdə 4-cü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.

Qeyd edək ki, son tur öncəsi aktivində 11 xal olan hər iki komanda pley-offa vəsiqəni təmin edib. "Qarabağ" qrupu birinci pillədə tamamlamaq üçün səfərdə qalib gəlməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.