İdman

"Bazel" "Qarabağ"la oyun öncəsi təhlükəsizlik tədbirlərini gücləndirib

2 Dekabr 2021 20:48
0 Şərh     Baxış: 1 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrə "Bazel"i "Qarabağ"a qarşı keçiriləcək UEFA Konfrans Liqasının qrup oyunu öncəsi "Sankt-Yakob Park" stadionunda koronavirusla bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Bazel şəhərinin eyniadlı təmsilçisi artıq yeni qaydalar barədə ictimaiyyəti məlumatlandırıb.

Matça gələnlərdən arenanın ərazisindəki bütün qapalı məkanlarda maska taxmaq tələb olunacaq. Bu tələb qəbul şöbəsi, media mərkəzi, ayaqyolu və paltardəyişmə otaqlarına şamil edilir. Bundan başqa, yalnız masa arxasında yemək yeməyə icazə veriləcək.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.