Ələt qəsəbə sakinlərinin problemləri - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsindəki sakinlər çətinliklər cəngində boğulurlar. Əli ətəyində qalan bu biçarələr Ələtin bitib-tükənmək bilmiyən çatışmazlıqlarından nə qədər danışsalar da ürəkləri soyumur ki soyumur. Bir yandan baxanda axı necə soyusun. Zirzəmisi su ilə dolu binalar, istiliyə həsrət qalıb üşüyən sakinlər, yağış yağanda daman damlar,oynamağa yer tapmayan uşaqlar, oturmağa sınıq salxaq da olsa belə tapılmayan skamyalar və s. Sakinlərin sadaladıqca davamı gələn çatışmazlıqları bu qəsəbənin ürəkyandıran durumunu nümayiş etdirir.
Hələ çəkilişdən sonra qolumdan yapışıb danışan ananın baxışlarındakı çarəsizliyi demirəm. Bizdən bir neçə metr aralıdakı daşı göstərərək "bax qızım hava almaq üçün həyətə düşəndə oturmağa yer tapmıram. Bu yaşımda əyilib o daşların üstündə otururam. Axı bir skamya nədir ki, onu bizə çox görürlər." dedi. Şikayətçilər bildirirlər ki, çölün havası ilə müqayisədə evin daha soyuq olması körpələrin xəstələnməsinə səbəb olur. Üşüməmək üçün üst geyimlərini əyinlərindən çıxarmayan sakinlərin rahatlığı ərşə çəkilib. Əslinə baxanda həlli mümkün olan bu problemlər müşkülə çevrilib. Qəsəbəyə unudulmuş bir görkəm qatıb.
Məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxladıq. 132 saylı mənzil-komunal istismar sahəsinin rəisi Bədirağa Bədirov bildirdi ki, hazırda Azəristilik təchizat açıq səhmdar cəmiyyəti tərəfindən adı çəkilən ünvanda işlər aparılır. Bir neçə gün ərzində binalar istiliklə təmin olunacaq. Eyni zamanda Qaradağ rayon sukanal idarəsi tərəfindən lazimi materiallar sifariş edilib və 50 illik istismar müddəti bitmiş çuqun borular plastik borularla əvəz olunacaq. Bədir müəllim həmçinin qeyd etdi ki, sakinlər tərəfindən gələn şikayətlərə əsasən binaların dam örtüklərinə mütəmadi baxış keçirilir. Ehtiyac yarandığı halda isə örtüklər təmir olunur.
Qaradağ rayonu mənzil-kommunal təsərüffatı birliyindənsə sakinlərin istirahəti üçün böyük parkın salınması və qapalı stadionun tikintisinin gələn ilin 1-ci rübünə təsadüf edəcəyi bildirildi. İşlərin gecikmə səbəbininsə ərazidəki bəzi texniki problemlərlə əlaqəli olduğu deyildi.
Qaradağ rayon sukanal idarəsindən aldığımız məlumata görə isə sözügedən binaların altına yığılan maye heç də kanalizasiya suyu deyil. Qurumdan həmin suların qurunt suları olduğu bildirilir. Qurunt sularının təmizlənməsi əslində sukanal idarəsinin vəzifəsi olmasa da qurum vətəndaşların xahişini nəzərə alaraq mütəmadi olaraq suyun kənarlaşdırmasını həyata keçirir. Belə bir təşəbbüs gələn həftə də baş tutacaq, yəni zirzəmiyə toplanan suyun kənarlaşdırılması həyata keçiriləcək.
Sözlər verildi. Qaldı o sözlərə əməl etmək. Tezliklə bu vədlərin xoş nəticəsini göstərmək ümidilə...
Milli.Az Real TV-nin hazırladığı sujeti təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
XƏBƏR LENTİ
-
Elza əsəbiləşib bacısının üstünə qışqırdı - (Video)
-
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Xəzər rayonunda açıq ərazidəki yanğın söndürüldü - Yenilənib - (Video)
-
Ecenin ölümü ilə bağlı yeni detal: Aktrisa meymun dişləməsindən vəfat edib?
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
İlqar Xəyal: "Bacımın toyunda oxumağa qoymadı" - (Video)
-
Yumurta niyə ucuzlaşıb? - Şirkətdən Açıqlama
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Ağ Evdən Livan açıqlaması: Atışmalar azalsa da, gərginlik hər an yenidən başlaya bilər
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Ceyhun Qala xanım həmkarına əsəbiləşib efirdən getdi - (Video)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
Putin Təhlükəsizlik Şurasını çağırdı - Sergey Lavrov məruzə ilə çıxış etdi
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
-
Sinoptiklər xəbərdarlıq etdi: İyunun 20-dən külək güclənəcək
-
Qızının yazdığı məktub müğənni Ramalı ağlatdı - (Video)
-
Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR
-
“Liverpul” onun üçün 100 milyon avro ödəməyə hazırdır
-
“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)
-
Mahir Emreli Kiprin klubunun təklifini qəbul etmədi
-
Aşura günündə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar - Siyahı
-
Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrikə qoşulmasına subsidiya veriləcək





