Cəmiyyət

“Qadın kişinin dərdini çəkmək üçün yaranmayıb, öz həyatını yaşamalıdır...” - Rəşid Mahmudov

25 Noyabr 2021 13:32
11 Şərh     Baxış: 2 631

Azərbaycanda kişilərdən fərqli olaraq qadınlar ikinci dəfə ailə həyatı qurduqları zaman qınağa tuş gəlirlər. Xüsusilə həyat yoldaşları müharibədə şəhid olmuş xanımların ailə həyatı qurması təpki ilə qarşılanır. 

Buna səbəb nədir? Cəmiyyət qadının ikinci dəfə izdivaca girməsini niyə "süngü" ilə qarşılayır?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov bildirib ki, bu düşüncə özü-özlüyündə yanlışdır:

"Bu düşüncə düzgün deyil. Amma bu mentalitetdən asılıdır. Bizdə namus deyilən bir anlayış var. Başa düşmürəm, onlar ailəsiz qalası deyil ki... "Qadının həyat yoldaşı vəfat edibsə, ərə gedə bilməz" düşüncəsi düzgün deyil. Düzgün deyil yox, qınaq obyekti olmamalıdır. Pis şey üstündə, xəyanət üstündə, ya başqa bir şey üstündə ayrılıbsa, o başqa məsələ. Bir də var ki, həyat yoldaşı ölüb və qadın yenidən ərə  getmək istəyir. Bu çox düzgün işdir. Niyə də getməsin? Hər bir insanın ailəsi olmalıdır. Belə düşünən cəmiyyətin ən böyük problemi məsələyə səhv yanaşmasıdır. Sual verirəm: cəmiyyətimiz normaldır? Normal cəmiyyət qura bilmişikmi? Əgər qadın ailə həyatı qurubsa, həyat yoldaşı narkoman, yaxud əyyaşdırsa və bu səbəblər üstündə ondan boşanırsa və ağlı başında biriylə ailə həyatı qurursa, niyə qınanılmalıdır? Qadın kişinin dərdini çəkmək üçün yaranmayıb, öz həyatını yaşamalıdır. Qadın hansısa kişiyə görə niyə öz həyatını məhv eləməlidir? Mütləqdir ki, qadın subay qalmasın, onun övladı olsun.

Bunu qınayanlar oturub düşünsünlər. Düzgün düşüncədə olmadıqlarının qənaətinə gələcəklər ümid edirəm."

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Alina · 25 Noyabr 14:05104

    Düz deyirsiniz faişəlik eləyib evli kişilərlə gəzib başqa bir qadının həyatını dağltmaqdansa namusu ilə evlənsə yaxşldır. Ancaq bizim cəmiyyət boşanmış dul qalmış qadınlara faişə kimi baxırlar və arvad boşayan oğlunu belə dul qadınla evlənməyə qoymurlar. Yani bizdə dul qadınlar sadəcə hansısa bir evli əxlaqsız kişiciyin əyləncəsi ola bilər çoox təəssüf. Bir də bizdə qızı olan qadınlar lap evlənsədə 80% qız övladları təcavüzə məruz qalır. Onda belə bir sual çıxır hansısa kişiciyə görə övladlnı riskə atmağa dəyərmi? Nə isə Allah yaxşı insanlarln qarşısına Allah sevgisi qorxusu olan bəndə çıxartsın qadın kişi uşaq qoca fərq etməz

    Cavab yaz
  • Anonim
    Melek b · 25 Noyabr 14:0674

    Rəşim muəllim alə qurmasina kim qarişa bilər ki?amma evladi olan ana 2 i dəfə ailş qurduqda 100 ölsub 1 bicməlidi.himayəsində qiz evladi varsa bu zaman ehtiyatli olmalidi.

    Cavab yaz
  • Anonim
    M · 25 Noyabr 14:0741

    Doqru sozlere gore ehsen!

    Cavab yaz
    • Anonim
      M · 25 Noyabr 15:5010

      bunu mən yazmamışam.mətni oxumamışam.başlığa görə yazmışam aşağıda.

      Cavab yaz
      • Anonim
        M- e · 25 Noyabr 17:1600

        Hə noolsun ki?

        Cavab yaz
        • Anonim
          M · 25 Noyabr 23:1100

          o olsunki dabanyalıyan padkabluçnikdi.eləsini dəstəkləmərəm.mən dediyim başqa şeydi.

          Cavab yaz
  • Anonim
    M · 25 Noyabr 14:5440

    aslanın dişisi,erkəyi olmadığı kimi,insanın da dişisi,erkəyi olmamalıdı,olmamalıydı.insanı zəif salan dağıdıcı,manqurt,antaqonist insan mədəniyyəti yerə girsin!

    Cavab yaz
  • Anonim
    qaya · 25 Noyabr 15:0044

    Qınağa namuslu adam baxır, namusuz qınağı vecinə almır.

    Cavab yaz
    • Anonim
      t · 25 Noyabr 20:1010

      xeyr qinaga agilsiz cahil insan baxir/agilli namuslu insan onsuzda namusu ile yasayir kiminse sozune fikir vermir.

      Cavab yaz
    • Anonim
      t · 25 Noyabr 20:1110

      qinaga gore heyatini quran insan namuslu olmur eksine mecburen namuslu kimi aparir ozunu,zorla namuslu etdirilm eye calisan biridi.esil namuslu insan ise qinaq oldu olmadi onsuzda namu ie yasayir

      Cavab yaz
  • Anonim
    7y · 25 Noyabr 15:0120

    haqlisiz Resid bey

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.