7 şəhiddən birinin atası - “Dedi, ata, səninlə hələ danışacağam...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Noyabrın 16-sı bir neçə dəfə telefonuna yığdım, zəng çatmadı. Gecə saat 2-də şəhid xəbərini eşitdik".
Milli.Az xəbər verir ki, bunu bizim.media-ya noyabrın 16-da Ermənistanın dövlət sərhədində növbəti təxribatının qarşısının alınması və döyüş əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Ümid Niftəliyevin atası Oruc Niftəliyev deyib.
Onun sözlərinə görə oğlunun şücaətliyi və qəhrəmanlıq tarixi ilə hər zaman qürurlanacaq:
"Vətən sağ olsun. Digər oğlum da 5 aydır hərbi xidmətdədir. Onların qürurlu yolu ata kimi məni çox qürurlandırır. Şəhid olmamışdan bir gün əvvəl danışdıq. Hava soyuq və dumanlı idi. Səsi zəif gəlirdi və tez-tez əlaqə qırılırdı. Cəmi 5-6 dəqiqə danışa bildik və oğlum "ata səninlə hələ danışacağam" deyib sağollaşdı. Sonradan telefonuna zəng çatmadı".
Ümid Niftəliyev 1998-ci il oktyabrında Naxçıvanın Nehrəm qəsəbsində dünyaya göz açıb.
2016-cı ildə Naxçıvanda Heydər Əliyev adına hərbi liseyini bitirib. Təhsilini bitirməmiş 44 günlük Vətən müharibəsinə yollanıb. Füzuli, Laçın və Kəlbəcər döyüşlərində qəhrəmanlıq göstərib. Savaş bitəndən sonra yarımçıq qalmış təhsilini sona yetirib. Oranı bitirəndən sonra yenidən cəbhə bölgəsinə üz tutub.
Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunan şəhid leytenant Ümid Niftəliyevin cənazəsi noyabrın 18-də muxtar respublikaya gətirilib.
Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub və cənazəsi doğulduğu Nehrəm qəsəbəsinə yola salınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
XƏBƏR LENTİ
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı





