Cəmiyyət

Qədim Şahbulaq qalasının payız lövhələri - FOTO

17 Noyabr 2021 23:19
0 Şərh     Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağdakı ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsrə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.

Tarixin sərt sınaqlarına sinə gərmiş 270 yaşlı Şahbulaq qalası artıq bir ildir ki, düşmən əsarətindən azad edilib. Füsunkar təbiətin qoynunda yerləşən bu qocaman qalanın ətrafı ilin bütün fəsillərində özünəməxsus gözəlliyi ilə seçilir. Payız fəslində isə bu məkan qızılı boyalarla işlənən tablonu xatırladır. Qalanın yaxınlığında axan bulağın göz yaşı kimi dupduru suyunun toplandığı kiçik göl buraya xüsusi gözəllik verir. Ağacların sarı, qırmızı rəngləri göldə əks olunaraq insanda xoş ovqat yaradır.

Milli.Az AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədovun Şahbulaq qalasından çəkdiyi fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory