Milli rəqs sənətinin sönməz ulduzu - Xumar Zülfüqarova - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 94-cü ildönümü tamam olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərə milli rəqsin professional öyrənilməsi hissinin aşılanmasında Xumar Zülfüqarovanın böyük xidmətləri olub.
Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyinin ilk baş baletmeysteri olub. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurub, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış edib, kinofilmlərdə rol alıb. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış edib. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ edib.
1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının Xalq və Əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələridir.
Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali təltiflərindən olan "Şöhrət" ordeninə layiq görülüb.
Xumar Zülfüqarova 2017-ci il iyulun 2-də ömrünün 90-cı ilində vəfat edib.
Görkəmli rəqs ustası, tanınmış baletmeyster və səmimi insan Xumar Zülfüqarovanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəmidə həlak olan azərbaycanlının qardaşı: "Ağır xəbəri dostu mənə çatdırdı" - YENİLƏNİB
-
Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Azərbaycanda sosial şəbəkələrə yaş limiti tətbiq olunacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb - FOTO
-
Ədliyyə naziri yeni qərar imzaladı
-
Musa Nağıyevin evi görün neçəyə satışa ÇIXARILDI? - VİDEO
XƏBƏR LENTİ
-
Gəmidə həlak olan azərbaycanlının qardaşı: "Ağır xəbəri dostu mənə çatdırdı" - YENİLƏNİB
-
Azərbaycan Maltaya qarşı - Start heyətlər - YENİLƏNİB
-
Oğuzda qəza - xəsarət alanlar var - FOTO
-
"Özümü 35 yaşında hiss edirəm"
-
Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
"Atam ölümündən əvvəl iki ağ geyimli varlıq gördüyünü deyirdi"
-
İranda 4,8 ballıq zəlzələ oldu
-
Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı artdı - YENİLƏNİB
-
Sürücüsüz taksi erası başlayır: Azərbaycanda qanunlar dəyişir
-
Azərbaycan millisi Macarıstana uduzdu
-
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Bakıda qadın sərnişin avtobusa hücum etdi - VİDEO
-
Siqaret qaçaqmalçılığı ilə bağlı məhkəmə başladı
-
"Zelenski ilə görüşməkdə bir məna görmürəm"
-
Bəzi ərazilərdə qaz olmayacaq
-
Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisi vətənə qayıdıb - FOTO
-
Köçəryan Azərbaycana məlumat ötürüb: 100 əsgər…
-
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
-
Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib
-
Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu
-
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib
-
Xiaomi 17T seriyasını təqdim edir: iki ölçü, bütün xətt üzrə telefoto obyektiv və Leica Live Moment





