Cəmiyyət

Qopan dam örtüyü 27 yaşlı kişinin qarnını deşdi

11 Noyabr 2021 08:12
0 Şərh     Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü külək bir nəfərin xəsarət almasına səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Güzdək qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Rahib Nehmətov 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, R.Nehmətov küçədə gəzərkən güclü külək nəticəsində evdən qopan dam örtüyünün bir parçası onun qarnına kəsici və deşici xəsarət yetirib. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.