Azərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Milli.Az xəbər verir ki, bu barədə axar.az-a mərhumun yaxınları məlumat verib.
Vidadi Muradovun dəfn mərasimi hələ başlamayıb.
Qeyd edək ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib. O, bir neçə gün öncə ağır xəstəliyi səbəbindən həbsdən azad edilərək, ev dustaqlığına buraxılmışdı.
Milli.Az