Cəmiyyət

Azərbaycanda dekabrda yeni dalğa başlayacaq - Həkimdən XƏBƏRDARLIQ

4 Noyabr 2021 19:54
1 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda koronavirusa yoluxanların sayı 2 min civarında olduğu üçün yenidən karantin qaydalarının sərtləşdirilməsi məsələsi müzakirə olunur. Yoluxma sayının indikindən iki dəfə çox olması sərt karantinin yenidən tətbiq olunacağı ehtimalını yaradır.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, mövcud məsələyə həkim Vasif İsmayıl münasibət bildirib. "ARB24"də yayımlanan "Peşəkar mübahisə" verilişində qonaq olan həkim deyib ki, bu məsələdə aktiv xəstə sayına diqqət etmək lazımdır:

"Göründü ki, Azərbaycan səhiyyə sistemi 60 min insana qulluq edə bilir. Amma yaxşı olardı ki, bu rəqəm 35-40 minin üzərinə çıxmasın. Bu olmadığı təqdirdə digər xəstəxanalar da bağlanır.

Əgər rəqəmlər 35-40 min arasında olarsa, ciddi bir sarsıntıya səbəb olmur. Rəqəmlər 60 mindən yuxarı olarsa, ciddi problemlərlə üzləşəcəyik.

Azərbaycanda dördüncü dalğa artıq bitmiş olmalı idi. Amma bitmədi. Dekabrda bunun yenisi başlayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.