Cəmiyyət

Paytaxtda avtobus parkında partlayış

4 May 2010 12:09
Baxış: 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Zığ yolu, "Nargilə" kafesinin yaxınlığındakı avtobus parkında işləyən 43 yaşlı Rəhman Məmişov qaynaq işləri aparakən partlayış baş verib. R.Məmişov ağır yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə çatdırılıb.

Hadisəyə ehtiyatsızlıq və texniki təhlükəsizlik qaydalarına düzgün əməl edilməməsi səbəb olub. Qaynaq zamanı yaxınlıqda olan benzin dolu qab partlayıb.

Yanıq Mərkəzindən Milli.Az-a bildirildi ki, R.Məmişov ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti ağır olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkmişin yaxınları isə Milli.Az-a bildiriblər ki, yaralıya təcili qan lazımdır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.