Xristianlığı qəbul etdi, xəstəliyini ailəsindən gizlətdi, klounluğu Azərbaycana gətirdi – FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün mərhum aktyor Fərman Abdullayevin (Şəkili) doğum günüdür.
Milli.Az kulis.az-a istinadən Fərman Şəkili haqqında 10 maraqlı faktı təqdim edir.
1. Fərman Abdulcabbar oğlu Abdullayev 4 noyabr 1954-cü ildə Şəkidə doğulub. Şəkili olduğundan ona Fərman Şəkili deyiblər. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb, uzun müddət Şəki Dövlət Teatrında çalışıb. Tamaşaçılar onu ABA televiziyasında yayımlanan uşaq verilişindəki Şurum-Burum obrazı ilə tanıyıb, seviblər.
2. Klounada sənətini ilk dəfə o Azərbaycana gətirib. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib, hərbi salam veriblər. Həmçinin pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvəllərində oynanılan "Dahi" adlı pantomim pyesin müəllifi olub.

3. Fərman Şəkili təyinatla Şəki teatrına gələn gənc aktrisa İradə xanımı sevir və evlənir.
4. Bakının teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Fərman Şəkilini "Hamlet" tamaşası ilə kəşf edir. Festivalın Qran-prisini qazansa da, ona mükafatda nəzərdə tutulan məbləği vermirlər.

5. Fərman Abdullayev rejissoru və ssenari müəllifi özü olan "Mışovul" filminə çəkilmişdi ki, bu film müxtəlif səbəblərdən ekrana çıxmamışdı. Amma efirdə göstərilən "Fransız"da da, "Yalan"da da, "Həm ziyarət həm ticarət"də də, lap elə "Sarı gəlin"də də Fərman Abdullayevin yaratdığı obrazlar bir-birindən kəskin fərqlənirdi.
6. Evdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin "Hophopnamə"sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asdırırmış.

7. Dostlarından biri də rəssam Natiq Əyyubov olub. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə iki-üç qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir: "Neçə illik stajım var, batar axı." Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.
8. Dini inancını xristianlıqda tapıb. Buna görə hətta yaxınları, tanışları tərəfindən qınanılıb. Amma o, öz inancından dönməyib.
9. Oğlu Elvin Abdulla kinorejissordur. Rejissor, prodüser, ssenari müəllifi kimi bir çox kommersiya layihələrində iştirak edib. "Xoxan", "Hənnas" kimi filmlərin müəlliflərindəndir.

10. Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Hövsan məzarlığında dəfn olunur. Aktyorun oğlu Elvin Abdullayev atasına olan laqeydlikdən də gileylənərək deyib: "Yalnız dostları, səhnə yoldaşları onunla maraqlandılar, bu günlərdə də bizimlədilər. Nazirlikdən də maraqlanan olmadı. Bu laqeydlik bizə çox pis təsir etdi". Həyat yoldaşı aktyorun son anlarını belə xatırlayır: "...əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o "bitdi" demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb." İradə xanım Fərmanın ölümündən sonra nəvələrinə onun hara getdiyini belə izah edir: "Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünüzü ağıllı aparın."
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
XƏBƏR LENTİ
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı





