Cəmiyyət

Gün ərzində nə qədər qəza namazı qılmaq olar?

7 Noyabr 2021 21:10
1 Şərh     Baxış: 1 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan yetkinlik yaşına çatdığı gündən etibarən ömrünün sonuna kimi bütün gündəlik vacib namazlarını qılmalıdır. Heç bir bəhanə və üzrlə namazı tərk etmək olmaz. Qılınmamış hər bir vacib namaz mütləq qəza edilməlidir. Qəza namazlarında səhlənkarlıq edən şəxs qiyamətdə buna görə Allah qarşısında cavab verəcək. Qəza namazlarının qılınma sayına gəlincə isə, burada hər hansı məhdudiyyət və ya norma yoxdur. Yaxşı olar ki, qılınmamış hər namaz - unutmamaq məqsədi ilə - qısa müddət ərzində qəza edilsin. Gün ərzində istənilən qədər qəza namazı qılmaq olar. Bir gün ərzində məsələn, təkcə bir sübh namazını da, bütöv bir günün namazlarını da, bir neçə günün namazlarını da qəza etmək mümkündür. Yaxşı olar ki, qəza namazları həvəslə və diqqətlə qılınsın. Çoxlu qəza namazı olan insanların yalnız vacibata əməl etmələri kifayətdir (müəyyən vaxt ərzində daha çox qəza namazı qılmaq və qəza dövrünü tez bitirmək məqsədi ilə).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.