Cəmiyyət

Qəhrəman şəhidimiz Rəşad Babayev Vətən müharibəsində böyük fədakarlıq edib - VİDEO

1 Noyabr 2021 13:24
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

''Rəşad çox qəhrəmancasına döyüşürdü. Düşməni məhv edərək yalnız irəliyə can atırdı. Döyüş zamanı bir əsgərin əlində açılan qumbaranı dərhal götürüb ermənilərə tərəf atıb və xeyli sayda  düşməni məhv edib''.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  bu fikirləri şəhid Rəşad Babayevin həyat yoldaşı Nigar Babayeva deyib.

Onun sözlərinə görə, Rəşad tezliklə müharibənin bitəcəyinə və işğaldakı torpaqlarımızın azad ediləcəyinə əmin idi.

7 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Rəşad Babayev Vətən müharibəsi zamanı bir sıra ərazilərimizin azad olunmasında böyük şücaət göstərib.

Qəhrəman şəhidimiz öz xasiyyəti, qohumcanlığı ilə onu tanıyan hər kəsin qəlbinə yol tapıb.

Rəşad Babayev ötən il oktyabrın 10-da Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xüsusi təyinatlı gizir şəhid Rəşad Babayev ölümündən sonra "Rəşadət " ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" və " Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.