Cəmiyyət

Bu maskadan sonra məsamələr yox olacaq

30 Oktyabr 2021 21:38
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzdəki məsamələrin çoxalması insanın yaşlı görünməyinə, kirin məsamələrdə yığılmağına, dərinin nəfəs almamasına, makiyajın üzdə hamar qalmamasına səbəb olur.

Milli.Az axşam.az-a istinadən ev şaraitində məsamələri kiçiltməyə yardımçı olan maskanı təqdim edir.

Tərkibi:

1 yumurta ağı
1 xörək qaşığı rəndələnmiş yerkökü
1 çay qaşığı aloe vera geli

Yumurta ağını yerkökü və aloe vera ilə köpüklənənə qədər çalın. Maskanı üzünüzlə yanaşı, əllərinizə, boynunuza çəkə bilərsiniz. Maska dərinizdə ən azı 15-30 dəqiqə qalmalıdır. Quruduqca dərinizi necə sıxdığını hiss edəcəksiniz. Maskanı ilıq su ilə təmizləyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.