Ölkə

Ramiz Mehdiyev edilən zəngə belə reaksiya verdi

15 Oktyabr 2025 17:36
Baxış: 1 082
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gün 4 aylıq ev həbsinə məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev telefona cavab verib. 

Milli.Az xəbər verir ki, Manset.az saytı Mehdiyevlə əlaqə saxlayıb.

Jurnalist keçmiş PA rəhbərinin dövlətə xəyanətdə ittiham edilməsi haqda mövqeyini soruşub. O, telefonu açsa da, sualı eşidən kimi dəstəyi asıb. 

Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi dünən Mehdiyev Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.