Cəmiyyət

Bakıda tuneldə zəncirvari qəzada xəsarət alanlar var - FOTO

30 Oktyabr 2021 08:32
0 Şərh     Baxış: 2 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində üzü Koroğlu metrosu istiqamətində baş verib.

Tuneldə yüksək sürətlə hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinin sürücüsü əyləcdən istifadə edib. Yük avtomobilinin əyləc sistemi xarab olduğundan nəqliyyat vasitəsi əvvəlcə 2 "Toyota", 2 "Hyundai" və "Mercedes" markalı minik avtomobillərinə çırpılıb.

İdarəetmədən çıxan "KamAZ" daha sonra eyni istiqamətdə hərəkətdə olan "BakuBus MMC"yə məxsus 13 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Daha sonra yük avtomobili tunelin beton divarına çırpılaraq dayanıb.

Yük avtomobilinin sürücüsü APA-ya verdiyi müsahibəyə görə, o Nəvai postundan çıxaraq şəhərə yük gətirirmiş. Əyləc sisteminin xarab olması da qəzaya səbəb olub. Avtoqəza zamanı yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.