Cəmiyyət

Partlayan boru, israf olunan su - VİDEO

29 Oktyabr 2021 14:04
0 Şərh     Baxış: 1 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nizami rayonu Yavər Səfərov küçəsinin sakini Hacınisə Qurbanova "Problem"in qaynar xəttinə şəxsi problemini deyil, cəmiyyət, insanlıq üçün önəmli olan bir problemi çatdırıb.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki,o yaşadığı ərazidə su borusunun partlamasını, günlərdir içməli suyun fasiləsiz olaraq axıb getdiyini həyəcan siqnalı olaraq bizə çatdırıb. İsraf olunan suya görə narahat olan sakin həmin suyun yarada biləcəyi başqa problemlərin olacağını da istisna etmir.

Sakinin bu problemini "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə çatdırdıq. Ərazi məlumatlarını quruma bildirdikdən sonra qısa müddətdə problemin aradan qaldırıldığını diqqətimizə çatdırdılar. Elə şikayətçimiz də deyilən faktı təsdiqlədi.

Problemin həllinə görə "Problem" verilişinə minnədar olan Hacınisə Qurbanova bunun sübutu kimi qaynar xəttimizə yeni bir video göndərdi. Həqiqətən də həmin videoda artıq heç bir axıntının olmadığını görə bilirik. Təki bütün problemlər belə operativ şəkildə həllini tapsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.