Kamil Əliyev: rəssam və dövr - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Milli Xalça Muzeyində "Kamil Əliyev: rəssam və dövr" adlı sərgi açılıb.
Sərgi Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunub. APA-nın xəbərinə görə mərasimdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Kamil Əliyevin Azərbaycan xalçaçılıq sənətində tutduğu yerdən danışıb. O bildirib ki, rəssam Milli Xalça muzeyi ilə daim sıx əməkdaşlıq edib: "Bu gün toplaşdığımız sərgidə Xalq rəssamının 29 əsəri təqdim olunur. Burada bizim eksponatlarla yanaşı, Azərbaycan Milli İncəsənət Muzeyi və sənətkarın ev-muzeyində qorunub saxlanılan əsərlər - xalça eskizləri, onların əsasında toxunan xalçalar nümayiş olunur.
1979-1990-cı illərdə Kamil Əliyev muzeyin satınalma komissiyasının üzvü olub, burada onun fərdi sərgiləri keçirilib, yubileylərinə həsr edilmiş kataloqlar dərc edilib, onun xalçaları daima ekspozisiyamızı bəzəyir". Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Kamil Əliyevə həsr olunan tədbirlər planının hazırlandığını bildirib. "Ulu Öndər Heydər Əliyev onun sərgilərində iştirak etmiş yaradıcılığı ilə tanış olmuşdu. Ulu Öndər Kamil Əliyev haqqında deyirdi ki, "Onun əsərləri Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaqdır".
Kamil Əliyevin yubileyləri bundan əvvəl də qeyd edilirdi. Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı əsas tutaraq rəssama həsr olunan tədbirlər planı həyata keçirilməkdədir. Bu tədbir də həmin silsilədəndir. Kamil Əliyev Azərbaycan mədəniyyətinin xəzinəsidir. Bizim dövlət olaraq məqsədimiz bu mirası yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Hazırda onun əsərlərindən ibarət kataloq hazırlanır. Yaxın müddətdə geniş ictimaiyyətə təqdim olunacaq". Arzu edək ki, belə görkəmli sənətkarın yubileyləri bundan sonra da belə təntənə ilə qeyd ediləcək".
Akademik, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov Kamil Əliyevin əsərləri haqqında danışıb. O bildirib ki, rəssam Azərbaycan xalçasının dünyada tanıdılmasında mühüm rol oynayıb: "Kamil Əliyev təkcə Azərbaycan xalçaçılığının deyil, Azərbaycan mədəniyyətinin önəmli ismidir. Onun adı bu gün də yaşayır. O insanın həyat və yaradıcılığı mənə bütün təfərrüatları ilə bəllidir. Kamil Əliyev Azərbaycan xalçaçılığın klassiklərindəndir".
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan sərgi noyabrın 21-dək davam edəcək. Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var





