Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Məmmədov Fəxrəddin Həsən oğlu bu gün uzun sürən xəstəlikdən vəfat edib.
Milli.Az azxəbər-ə istinadla bildirir ki, o, uzun müddət müalicə olunduğu xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, F.Məmmədov 1950-ci ildə anadan olub. O, 2014-cü ildə prorektor vəzifəsinə təyin olunub.
Milli.Az