Cəmiyyət

Yaralansa da, geri çəkilməyib - Şəhid İlkin Ələsgərli 3 medalla təltif edilib - VİDEO

15 Oktyabr 2021 15:00
0 Şərh     Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində canını fəda edən hqəhrəman hərbçilərimizdən biri də İlkin Ələsgərli olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, İlkin Ələsgərli Şəmkirin Keçili kəndində doğulub, boya-başa çatmışdı.

Vətən sevgisi uşaq yaşlarından özünü biruzə verirdi. Həqiqi hərbi xidməti başa vurandan cəmi 1 ay sonra MAXE kimi ordu sıralarına döndü. Sonra isə təhsil alıb gizir kimi xidmətə başladı. Vətən müharibəsində  daim öndə olub. Yaralansa da, geri çəkilməyib, əsgərlərini tək qoymayıb.

İlkin Ələsgərli Vətən müharibəsində igidlik göstərib. Füzuli istiqamətində gedən döyüşlərdə  düşmən gülləsinə tuş gələrək şəhadətə ucalıb. İndi doğmaları şəhid gizirin miras qoyduğu uca adla öyünür.

Şəhid gizir ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.