Cəmiyyət

“Çağırışlar edilir ki, məktəblər bağlansın“ - Etiraz

13 Oktyabr 2021 18:42
3 Şərh     Baxış: 1 933

Tanınmış təhsil eksperti Kamran Əsədov 9-cu sinif şagirdinin koronavirusdan ölməsi ilə bağlı danışıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, o, yoluxmanın məktəbdə baş vermədiyini bildirib:

"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlunun koronavirusa yoluxaraq vəfat etməsi məni çox kədərləndirdi. Yaxınlarına başsağlığı verirəm, Allah səbr versin. Əlbəttə ki, bir çoxu buna görə məktəbi, təhsili günahlandırır. Deyirlər ki, məktəblər açılmasa idi, bu hal olmazdı. Hər kəs arqumentində haqlıdır. Amma yoluxma məktəbdə yox, məktəbə qədər baş verir".

Əsədov belə vəziyyətdə məktəblərin bağlanmasının əleyhinə olduğunu bildirib:

"Ölkədə bütün xidmət sektoru, ictimai iaşə obyektləri, kafe və restoranlar işləyir, amma biz günahkar olaraq məkətəbi görürük.

Hər gün koronavirusdan vəfat edənlər olur və onlar təhsil ilə bağlı deyillər. Əlbəttə ki, onların da vəfatından kədərlənirik. Harda olmasından asılı olmayaraq, pandemiya dövrünün qaydalarına riayət etməliyik.

Hər kəs vaksinasiyada iştirak etməlidir. Çağırışlar edilir ki, məktəblər bağlansın. Əgər bu ediləcəksə, yenədə nəyəsə nail olmaq mümkün deyil. Biz virusdan yalnız vaksinasiya olunaraq xilas ola bilərik və ya ölkədə tam şəkildə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməli, bütün sahələri bağlamaq lazımdır".

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Sevda.R · 13 Oktyabr 18:4660

    Dərdləri azzarları vaksindi.Bilmirlər necə eləsinlər ki uşaqları da vaksinləsinlər.Amma yuxunuzda görərsiz valideynlərin uşaqlarına vaksin vurdurmasını.

    Cavab yaz
  • Anonim
    yerli · 13 Oktyabr 19:5921

    en baslicasi toy ve yas merasimleri qadaqan olunmalidir butun yoluxmalar esasen bu yerlerde bas verir.

    Cavab yaz
  • Anonim
    ### · 13 Oktyabr 20:2951

    Məktəblərdə şagirdlərin çoxsu xəstədi.Onda imkan verin hamıya yoluxsun.Baglanmalidi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.