Cəmiyyət

Faiq Ağayevi “ölmüş” kimi qələmə verdilər - FOTO

7 Oktyabr 2021 22:09
4 Şərh     Baxış: 1 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Faiq Ağayevin Vikipediya məlumatlarına müdaxilə olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. O, Vikipediyada şəxsi məlumatlarına "ölüm tarixi"nin də əlavə olunduğunu bildirib:

"Son günlər ya erməni, ya fars, ya da ki onların yeni nökərləri Azərbaycanın görkəmli artistlərinin Azərbaycan dilindəki Vikipediya məqalələrinə feyk ölüm məlumatları əlavə edirlər. Bu dezinformasiyalara uymayın. Artıq lazımi düzəlişlər etdik. Konkret mənim səhifəmə müdaxilə edən ünsürün İP ünvanı budur: 194.135.153.230".

F.Ağayev hüquq-mühafizə orqanlarına müraciət edərək məsələ ilə bağlı araşdırma aparılmasını xahiş edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.