Cəmiyyət

Günün qoroskopu: Bir qədər şübhəli olun, hər eşitdiyinizə inanmayın

16 Oktyabr 2021 00:01
10 Şərh     Baxış: 4 159

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında problemlərin sayı artacaq. Diqqətli olun, sərvaxt davranın. Alacağınız təkliflərin əksəriyyəti ilk baxışdan məntiqli təsir bağışlasa, şirin vədlərə aldanmayın. Qüvvələrinizlə potensialınızı dürüst qiymətləndirin. İllüziyalara qapılaraq arzular aləmində "qərq" olmayın.

Günün ikinci yarısında uzaqdan maraqlı xəbər alacaqsınız. Formalaşan situasiyanın məqamlarını nəzərə alaraq nüanslardan faydalanın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün məntiqli olun, kiçik işlərə həddən artıq vaxt sərf etməyin.

Axşam saatlarında normal istirahət edin.

Buğa - emosional fonunun çox pisləşəcəyi, əsəblərin tarıma çəkiləcəyi zamandır. Yaşanan prosesləri dəyərləndirərkən yanılmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə həssas olun. Yaxın ətrafınızdakı insanlarla təmasların formatını müəyyənləşdirin, hədəfləri konkretləşdirin.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Maraqlı ideyalar, kommersiya layihələri ola bilər. Potensialınızın hədlərindən kənarda olan işə, genişmiqyaslı layihəyə başlamayın. İrreal vədlər verərək özünüzü ağır duruma salmayın.

Səhhətinizdə kiçik problemlər ola bilər.

Əkizlər - günün informasiya fonu əlverişlidir. Görəcəyiniz işləri müəyyənləşdirmədən fəaliyyətə başlamayın. Diqqətli olun, sərvaxt davranın. Tərəfdaşlıqla bağlı təklifləri müakirə edin, şərtləri müəyyənləşdirin. Yeni tanışlarla diskussiyalar zamanı aqressiv və sərt olmayın. Məsləhətləri qulaqardına vurmayın.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Qərarlarınızda iradəli, əzmli olun. Bəzi addımları atmazdan əvvəl düşünüb-danışmaq gərəkdir.

Dəyər verdiyiniz insanların qədrini bilin. Mənasız iradlar və səbəbsiz tənqidlər münasibətləri korlaya bilər.

Xərçəng - soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin.

Peşəkar fəaliyyətlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil.

Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir.

Axşam saatlarında gəzintiyə çıxın.

Şir - günün ilk yarısı həftənin ən uğurlu dönəmidir. Yaranan fürsətlərdən, əlinizə düşən şanslardan maksimal dərəcədə istifadə edin. Aktiv və zəhmətkeş olsanız, rəqiblərinizi asanlıqla üstələyə bilərsiniz. Ətalətə qapılmayın. Kiçik sədlər və xırda maneələr sizi məqsədə aparan yoldan döndərməməlidir.

Günün ikinci yarısında işgüzar aktivliyi bir qədər azaldın. Əks təqdirdə izafi yorğunluq hiss edə bilərsiniz. Maliyyə məsələlərinin təhlili üçün yaxşı zamandır.

Daşınmaz əmlakınızın sənədləşdirilməsi ilə bağlı işləri təxirə salmayın. Qonşu ilə mənasız dartışmalara başlamayın. Hüquqlarınızın tapdandığınızı düşünürsünüzsə, məhkəməyə ərizə ilə müraciət edin.

Axşam saatlarında alış-verişə yollananda zəruri olmayan əşya və ya məhsul almayın.

Qız - mobil telefonunuz, hələ də, yaxşı işləyirsə, onu yenisi ilə əvəzləməyə nə ehtiyac var? Zaman keçdikcə dəyəri sürətlə itirən əşya almaq əvəzinə pulunuzu toplayaraq daha məqsədəuyğun işlərə sərf edin.

İşdə həmkarlarınızla sürəkli mübahisə etməyin. Yanınızdakı adamlardan birinin məsləhətinə qulaq asın. Sizdən təcrübəli və biliklik şəxsin göstərdiyi yolda yanlışlıq yoxdur.

Günün ikinci yarısında əlaqələrinizi yenidən gözdən keçirin. Mənasız təmaslar və ekstensiv müzakirələrdən uzaq durun.

Axşam saatlarında normal istirahət edin.
 

Tərəzi - problemlərin hamısı həllini tapmasa da, vaxtınızı yalnız onların çözümünə həsr etməyin. Yerinizdə durmayın, irəliləyin. Yeni işə başlamaq üçün əlverişli zamandır. Məqsədə doğru aparan yolun qısa olmadığını bilin.

Günün ikinci yarısında alternativ variant, orijinal həll aşkar qarşıdurmalardan yayınmağınıza imkan verəcək. Bir qədər hiyləgərlik edin, fəndgir olun.

İndiyədək sizi dəstəkləyən insanla fikir ayrılığı yarana bilər. Sərt danışmayın. Dostlarınız və yaxınlarınız hətta konstruktiv tənqiddən də inciyəcəklər.

Əqrəb - peşəkar fəaliyyət müstəvisində yeni təşəbbüslər və layihələr üçün pis zaman deyil.

İdeyalarınız nə qədər cəsarətli və orijinal olarsa, bir o qədər yaxşıdır. Onların arasında daha real təsir bağışlayanları seçərək həyata keçirmək olar.

İşgüzar danışıqlar, müzakirələr, yeni müştərilər və tərəfdaşlar axtarışları üçün yaxşı zamandır. Sizi ilk dəfə görən insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Günün ikinci yarısında planlaşdırılmamış səfər ola bilər. Yolda əhvalınız pis olmayacaq. Sosial fənlərə, ezoterik məqamlara marağınız artacaq.

Oxatan - yaxşı nəticələr verə biləcək işə başlayın. Sizi yoldan çıxarmaq, hərəkətinizi dayandırmaq, irəliləyişinizə mane olmaq istəyəcək insanlar var. Onların niyyətlərinin gerçəkləşməsinə imkan verməyin. Hər şeyə rəğmən irəliləyin.

Günün ikinci yarısı korlanmış münasibətlərin bərpası, işgüzar əlaqələrin yenilənməsi, əvvəlki işə qayıdış üçün əlverişlidir.

Bir zamanlar ortaq işgüzar və kommersiya maraqlarınızın olduğu insanlarla qarşılaşa bilərsiniz.

Şəxsi münasibətlər baxımından pis zaman deyil. Çalışın, zəhmət çəkin. Zəifliklərinizin öhdəsindən gəlmək, pis vərdişlərdən qurtulmaq şanslarınız var.

Oğlaq - günün ilk yarısı ağır və çətin olsa da, saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Ciddi olun, praqmat davranın. Taledən hədiyyələr gözləməyin.

Əldə olunan nəticələr məqsədə çatmaq üçün sərf etdiyiniz səylərə tam proporsional olmayacaq. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni məlumatlarla informasiyalar əldə edin.

Günün ikinci yarısında maraqlı tanışlıq, xoş tanışlıq olacaq. Lakin onların ciddi perspektivi yoxdur.

Axşam saatlarına yaxın başlanacaq ünsiyyətlər səthi səciyyə daşıyır.

Çoxdan bəri həllini gözləyən ixtilafı, anlaşılmazlığı çözün.

Dolça - köhnə problemləri və çətinlikləri unudaraq yeni işə başlamayın. Özünüzə əminliyin itdiyi situasiyaları xatırlayaraq o xoşagəlməz anların təkrarlanmamasına çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları təəccübləndirin.

Günün ikinci yarısında əks cins mənsubu ilə ünsiyyətdə diqqəli olun. Dostlardan birinin yardımlarınıza ehtiyacı var. Eqoist və təşəxxüslü olmayın.

Yaşanan proseslərin məzmunu ilə yanaşı, səbəblərini anlamağa can atın.

Axşam saatlarında qəfil səfər ola bilər.

Balıqlar - mimikriya etməyi yaxşı bacaran insanlarla ünsiyyət zamanı onların maskalanmış simalarındakı gizgiləri sezməyə çalışın. Sizi tərifləyən adamların məqsədləri var və bunu anlayın.

Tərəfdaşlıq etməyi düşündüyünüz insanı sınaqdan keçirsəniz, pis olmaz. Bir qədər şühəli olun, hər eşitdiyinizə inanmayın. İşdə rəhbərlik və həmkarlarla münasibətlərdə rəvan olun, emosiyalara qapılmayın.

Günün ikinci yarısında başqalarının səhvlərinin yaratdığı fəsadları aradan qaldırmalı olacaqsınız. İşlər artır və belə situasiyada vaxtınızın qədrini bilin.

Gəlirlər çox olmasa da, var. Borc verməyin, kredit götürməyin. Maliyyə durumunuzu real qiymətləndirin.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 16 Oktyabr 00:03181

    Sabahiniz xeyir ve xeyirli olsun Gözel istirahetler arzu edirem.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 16 Oktyabr 00:04172

    Ən yaxşini isteyerken , yaxşini da itirersiniz.

    Cavab yaz
  • Anonim
    Elnur · 16 Oktyabr 00:19310

    ♥️♥️♥️♥️

    Cavab yaz
  • Anonim
    Köhnə serhci · 16 Oktyabr 08:0626

    Salam qoroskop əhli necəsiz ?Burda Əli,Esra İbrahimli(Şamaxı),Şəmkirli,Mehriban,Allah qulu,təbiət,asi,AsiNuray,və sserhciler var idi

    Cavab yaz
    • Anonim
      **** · 16 Oktyabr 08:2133

      Köhnə Şərhçinin adı var göresen?

      Cavab yaz
    • Anonim
      Esra ıbrahimli(Şamaxı) · 16 Oktyabr 09:2623

      Cox sağ olun var olun.

      Cavab yaz
  • Anonim
    Şemkirli · 16 Oktyabr 14:1120

    Salam dostlar necesiz,,Kohne Şerhci Mende coxdandi bura gire bilmirdim indi girdim Sizin Yazdigivizi gordum Mende Sizi Salamlayıram,,Bizi tanıyan butun doslara Semimi Salamlar olsun kohne Dostlardan kim var Yene burda

    Cavab yaz
    • Anonim
      Semkirliye · 16 Oktyabr 18:0210

      Şəmkirli salam bura tək siz yox heç mende gire bilmirdim heç şərhdə yazmaq olmurdu.

      Cavab yaz
      • Anonim
        Şemkirli · 16 Oktyabr 19:2300

        He bilirem Serhler acilandan Sonra Men yazirdim bu aralar isim cox oldu deye yazmadim Sizin kohne adiviz ne idi burada ? Eger sirr deilse

        Cavab yaz
        • Anonim
          Semkirliye · 16 Oktyabr 22:0600

          Adım sirr olaraq qalsın

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.