Cəmiyyət

Günün qoroskopu: tələskənliyə yol verməyin, vurnuxmaya aldanmayın

12 Oktyabr 2021 00:01
22 Şərh     Baxış: 6 270

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısı çətinliklərdən xali deyil. Problemlər sizi qorxutmasın. Onların öhdəsindən gələ bilərsiniz. Konstruktiv olun, yaranmış vəziyyəti təhlil edin. Yardıma zərurət yaranarsa, yalnız yaxşı tanıdığınız insanlara üz tutun.

Təəssüflər olsun ki, yeni tanışlardan yaxşı heç nə gözləməyə dəyməz.

Günün ikinci yarısında şirin vədlərə və irreal təkliflərə inanmayın. Yasaqlara, bilinməyənlərə sürəkli can atmayın. Məntiqli və soyuqqanlı olun, ağır səhvlərə yol verməyin.
 

Buğa - yeni və maraqlı işə başlamaq üçün əlverişli zamandır. Macəra axtarışına çıxsanız, emosiyaların təsiri altında hərəkət etməyin. Hisslər aləminə qapılmayın. Eksperimentlər edə bilərsiniz. Amma heç bir ehtiyac olmadan risk etməyin.

Günün ikinci yarısında görüşlər pis keçməyəcək. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün səy göstərin. Bacarıq və biliklərini nümayiş etdirmək imkanları olacaq.

Axşam saatlarında normal istirahət edin.
 

Əkizlər - günün ilk yarısı pis keçməyəcək. Bədbinlik üçün heç bir səbəb yoxdur. Ən kiçik uğurlar və irəliləyişlər əhvalınızı yaxşılaşdıracaq. Səy göstərib əzmlə çalışsanız, ciddi irəliləyişə nail ola bilərsiniz.

Yeni işgüzar əməliyyata, layihəyə başlamaq üçün əlverişli zamandır. Yaxın gələcəklə bağlı planları müzakirə edin, onların reallaşdırılma yollarını nəzərdən keçirin.

Günün ikinci yarısında yeni tanışlarla ehtiyatlı olun. Adi günlərdən fərqli olaraq indi başqasının ideyalarını dərhal təqdir etməyin. Vədlərə və dilətutmalara aldansanız, belə yanlışlığın fəsadları xoşagəlməz ola bilər.

Xərçəng - hər şey alınacaq. Hətta gerçəkləşəcəyinə inanmadığınız ideyanızı reallaşdıra bilərsiniz. İşlər çoxdur və saatlar keçəndən sonra yorula bilərsiniz.

Tamamilə əldən düşdüyünüzü düşünə bilərsiniz. Amma az sonra "ikinci nəfəs" açılacaq və işlərdə nizam yaranacaq. Xoş sürprizlər istisna deyil.

Günün ikinci yarısında qəfil olay və ya təsadüf işlərinizi daha da rəvan edəcək. Bu gün sizin gününüzdür.

Yaxınlarınız və dostlarınızla ünsiyyət üçün yaxşı zamandır. Verdiyiniz suallara cavab alacaqsınız. Alış-verişə çıxarkən simiclik etməyin.

Şir - işlər o qədər parlaq olmasa da, lap pis deyil. Yaşamdan şikayətlənmək üçün ciddi səbəblər yoxdur. Fəqət emosional dəstək artıqlıq etməz. Yaxınlarınıza dəstək üçün müraciət edin, əhvalınızı yaxşılaşdırın.

Günün ikinci yarısı ailəvi tədbirlər, kiçik ekskursiyalar üçün əlverişlidir.

Maliyyə məsələlərinin həlli ilə məşğul olmaq əlverişli deyil. Pulla bağlı problemlərin müzakirəsini belə, təxirə salın. Maliyyə problemləri anlaşılmazlıqlara, qarşıdurmalara səbəb ola bilər.

Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi aşağı düşəcək. Səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.

Qız - narahatlıq üçün ciddi səbəblər yoxdur. Xırda məsələlərə görə nigaran qalmasanız, gün pis keçməyəcək. İmkan varsa, yaxınlarınıza yardımlar edin. Sürpriz istisna deyil. Dəyər verdiyiniz insanlarla münasibətləri rəvan edin. Bu, əlaqələrə əla təsir edəcək.

Günün ikinci yarısında fəaliyyət ortamını dəyişə bilərsiniz. Şəraitdəki fərq yaşanan proseslərə müsbət təsir edəcək. Peşəkar fəaliyyətlə bağlı və ya önəmli saydığınız məsələ barədə maraqlı ideya yarana bilər.

Önəm verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Axşam saatlarını ailəvi istirahətə həsr edin.

Tərəzi - həddən artıq nikbinliyə qapılmayın. Eyforiyadan uzaq olun. Adi, ciddi olayların yaşanmayacağı gündür. Gərəkli işləri görün, rutin məsələlərlə məşğul olun. Hisslərinə qiymət verdiyiniz insana zəng vurun, onunla əlaqə saxlayın.

Emosional durumunuza nəzarət edin.

Günün ikinci yarısında ev işləri, ailə qayğıları ilə məşğul olmağı unutmayın. Çətinlikləri aradan qaldırarkən qeryi-trivial yolları seçə bilərsiniz. Təxəyyülü işə salın.

Axşam saatlarını evdən kənarda keçirin.
 

Əqrəb - günün ilk yarısıda problemlər az deyil. Ruhdan düşməyin, əsla geri çəkilməyin. Saatlar ötdükcə çətinliklərin öhdəsindən tədricən gələcəksiniz. Sizi sevindirəcək xəbərlər alacaqsınız. Gözlədiyiniz səfərə yollana bilərsiniz.

Fiziki işlə məşğul olmağı unutmayın.

Günün ikinci yarısında əks cins mənsubu ilə ünsiyyətdə çətinliklər yarana bilər. Dil tapmaq çətinləşir. Süni inciklik, boş məsələlərə görə inciklik yarana bilər. Sakit və soyuqqanlı olun. Emosiyaların əsirinə çevrilsəniz, onsuz da, birmənalı olmayan situasiya daha da ağırlaşa bilər.

Oxatan - həftə ərzində yaranan və formalaşan problemlərin həlli üçün münasib zamandır. Həmin çətinliklər həllini tapmayınca, çözüm ertələnincə işlərdə irəliləyişlər barədə düşünməyin. Süst və tənbəl olsanız, sonuclar sizi təəssüfləndirə bilər.

Günün ikinci yarısında özünütənqiddə ifrata varmayın. Situasiyada müsbət təmayülərin təsiri artır. Dürüst taktika seçsəniz, problemləri həll edə bilərsiniz.

Axşam saatlarında istirahət edin, qüvvələrinizin bərpası ilə məşğul olun. Bilik və bacarıqların artırılması, yaradıcılıq məşğuliyyəti üçün əlverişli zamandır. Təcrübəli insanlarla ünsiyyətdə olun.

Oğlaq - sizdən güclü insanlarla mübahisə etməyin. Tərəddüd etməyin. Kompromisslərə meylli olun, münaqişələrə səbəb yaratmayın. Ciddi məsələlərin həlli və ya müzakirəsini ertələyin. Bir qədər rahat çalışın. Səbrli, soyuqqanlı olun.

İndit məntiqi davranmalısınız.

Günün ikinci yarısında təbii materiallarla çalışmaqda xeyir var. Yaradıcılıq potensialınızın səviyyəsini artırın. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə aparan yoldan sapmayın.

Mənasız sözlərə, dəyərsiz məsləhətlərə çox qulaq asmayın.
 

Dolça - tələskənliyə yol verməyin, vurnuxmaya aldanmayın. Əks təqdirdə çox tez yorulacaqsınız. Çoxdan yaranmış və hələ də həllini gözləyən problemlərin hamısını bu gün çözməyə can atmayın. Rutin və cansıxıcı işlərdən bəzilərini təxirə salmaq olar. Buna ehtiyac var, çünki önəmli işlə məşğul olmaq gərəkdir.

Günün ikinci yarısında planları reallaşdırmağa başlayın. Yaxın ətrafınızdakı insanların tələblərinə və iradlarına fikir verməyərək mühüm saydığınız məsələnin çözümü ilə məşğul olun. İntuisiyanızın səsinə qulaq asın. Alış-verişdə bədxərclik etməyin. Qənaətlə davranın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Balıqlar - günün ilk yarısı işlər üçün əlverişlidir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın. Kənardan yardımlara və dəstəyə bel bağlamayın. Ağır işlərin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Nəticə sizi pərişan etməyəcək.

Günün ikinci yarısında təmaslarda ehtiyatlı olun. Sizi aldatmağa, yanıltmağa çalışacaqlar. Kimlərsə bunu bilərəkdən, kimlərsə də doğru yol saydığı üçün edir. Sabiq həmkar və ya köhnə tanışla görüş ola bilər.

İşgüzar əlaqələriniz olduğu insanla əlaqə saxlamağı unutmayın.
 

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 12 Oktyabr 00:02252

    Sabahınız xeyir və xeyirli olsun.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 12 Oktyabr 10:2722

      Sizinle bahem prensesss

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Şamaxı) · 12 Oktyabr 11:5312

        Cox sağ ol var ol.

        Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 12 Oktyabr 00:15424

    Bəlkə də kəpənəklər dünyanin ədalətsizliyin görub intihar edirlər.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 12 Oktyabr 00:1712619

    Məqsədin yaddaşlarda qalmaqdisa pislik elə.Çün ki yaxşılık hec kimin yadinda qalmir.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 12 Oktyabr 10:2992

      Likeeeee prensesssss

      Cavab yaz
  • Anonim
    Samire · 12 Oktyabr 00:2460

    Həqiqət gözümüzə Esmiralada kimi görünə bilməz. Çünki əsil həqiqət qozbel Qvazimodadır...

    Cavab yaz
  • Anonim
    Samire · 12 Oktyabr 00:4452

    O gəmi sığındığı liman üçün darıxsaydı, bütün dalğaları keçər yenə də gələrdi...

    Cavab yaz
    • Anonim
      Esmer · 12 Oktyabr 08:4441

      Samire xanim indiki Gemiler kulek lepesine bele. dayanir ........

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 12 Oktyabr 10:2812

      Samire xanlm Likeeeeee

      Cavab yaz
  • Anonim
    Melek b · 12 Oktyabr 01:2466

    Asi ad gununu təbrik edirəm.(******)necə belə illərə.ailənlə sevdiklərinlə.❤

    Cavab yaz
    • Anonim
      Esmer · 12 Oktyabr 08:4123

      Mende Tebrik edirem .Asi xanimi her seyin en gozelini arzu edirem istediyiniz bir heyati arzu edirem Asi xanim size ....TEBRIKLER.....

      Cavab yaz
      • Anonim
        asi · 12 Oktyabr 12:5610

        Çox sağ olun, təbrik üçün..Xoş oldu)..Sizə də,hər kəsə ürəyi istəyən həyatı yaşamaq qismət oldun..

        Cavab yaz
    • Anonim
      asi · 12 Oktyabr 09:4636

      Salam Mələk..Təbrikin üçün çox sağ ol, təşəkkürlər)..Ebruşla səndən tort gözləyirəm, bəhanəsiz)).

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Şamaxı) · 12 Oktyabr 11:5210

        Tebriklərrr.Asi ne arzu edirsen heyata kecsin.İnşəAllah. evladlarin uqurun xeyir islerin göresen.yoldasinla əzizlərinlə bir yerdə.

        Cavab yaz
        • Anonim
          asi · 13 Oktyabr 09:4110

          Salam Əsra, necəsən?..Çox sağ ol, xoş arzuların üçün..Sən də həmişə övladının ailənin xoş günlərinə sevinəsən..Sən mənə de görüm nənəşkan neyniyir, sağ salamatdı)??

          Cavab yaz
          • Anonim
            Esra ıbrahimli(Şamaxı) · 13 Oktyabr 14:3610

            Cannnım cox sağ ol var ol.Yaxsilikdi şükür ..Nenəşka da sağ salamatdı.Noyabrda gəlməlidi.

            Cavab yaz
      • Anonim
        Melek b · 12 Oktyabr 11:5502

        Cann Asi qurbandi sənə tort.canindan iraq xəsələnmişəm((olar tortu hansi maqaza deyim.nə bilim hardan istəyirsən bişitdirim göndərim(*****)Ebruşda gözəl plov bişirər.onunda mənim kimi şirniyyat bişirməklə arasi yoxdu❤

        Cavab yaz
    • Anonim
      Harlnpasa · 12 Oktyabr 10:2812

      Bizdende tebrikler Asi xanlma

      Cavab yaz
      • Anonim
        asi · 12 Oktyabr 12:5600

        Çox sağ olun.

        Cavab yaz
        • Anonim
          ALEKS❤️ · 12 Oktyabr 23:0500

          Hər vaxtınız xeyir ASİ xanım.Sayta indi baxdım.Gec də olsa lütfən təbrikimi qəbul edin.Zizə,özünüzün ürəyinizcə olan sağlam ömür diləyirəm.Allah amanında.

          Cavab yaz
          • Anonim
            asi · 13 Oktyabr 09:4310

            Salam.Təbrikin geci tezi olmaz), çox sağ ol, təşəkkür edirəm..Srağagünkü anlayşı fikrin üçün də çox sağ ol..Özüm cvb yazmışdım, amma şərhimi görmədim..

            Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.