Cəmiyyət

Azərbaycanda erməni dilində markalanmış məhsullar satılır? - VİDEO

22 Sentyabr 2021 13:00
0 Şərh     Baxış: 1 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərinin ən iri ticarət mərkəzlərindən birində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsul satışdan yığışdırılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ticarət mərkəzinin dəftərxana ləvazimatları satılan şöbəsində Çinin "Yalong" şirkətinin istehsal etdiyi 48 vərəqli dəftərin arxa hissəsində məhsul haqqında erməni dilində markalanmaya rast gəlinib.

Erməni dilində olan yazıda məhsulun Çinin "Yalong" şirkətinin istehsalı olduğu və Ermənistana ixrac edildiyi barədə məlumat yer alıb. Məhsulun üzərində Azərbaycan dilində isə heç bir məlumat verilməyib. Halbuki "Dövlət dili haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar ana dilində markalanmalıdır.

Məsələ ilə bağlı sözügedən ticarət mərkəzindən bildirilib ki, həmin firma ilə əlaqə saxlanıb və məhsullar da artıq ticarət mərkəzindən yığışdırılıb.

Mövcud vəziyyətlə bağlı Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, vəziyyətdən xəbərdardırlar və bu haqda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.