Cəmiyyət

Şəhər sakinlərinin qaz problemi - VİDEO

16 Sentyabr 2021 13:18
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" istehsalat birliyi problemə aydınlıq gətirdi

Bəli vətəndaşın dediyi kimi şəhərin mərkəzində ucqar kənd həyatını yaşamaq özü ayrı iztirabdı. Lakin Xudat şəhərinin yeni yaşayış massivinin sakinləri istəməsələr belə bu əziyyəti çəkməyə məcburdurlar. Səbəbsə onların yaşadığı ərazidə təbii qazın olmamasıdır.

Şikayətçi sakinlər bildirir ki, massivdə bəzi ailələr öz hesablarına mənzillərinə qaz çəkdiriblər. Lakin 100-ə yaxın sakin hazırda yanacaq mənbəyi kimi odundan istifadə edir. Əslində onlar da şəxsi vəsaitləri hesabına qaz xətlərini çəkməyə cəhd ediblər amma bunun üçün tələb olunan məbləğ imkanları xaricindədi.

Milli.Az bildirir ki, Xudat sakinlərinin qaz problemi ilə bağlı Real TV Azərqaz İstehsalat Birliyinə müraciət edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qeyd etdiki, ölkədə qazlaşma prosesi mərhələli şəkildə davam etdirilir. Xudat şəhərinin yeni yaşayış massivi də daxil olmaqla bütün yaşayış məntəqələri 2023-cü ilə kimi təbii qazla təmin ediləcək.

İndi Xudat şəhər sakinlərinə 1 ildə səbirli olmaq düşür. Əsas odur ki, sonda problem müsbət həllini tapsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.