Cəmiyyət

Keçmiş nazir vəfat edən qızından yazdı: Axı nə üçün ona bu qədər sərbəstlik verdim...

14 Sentyabr 2021 11:38
2 Şərh     Baxış: 9 811

"Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə onda bu fəlakət də baş verməzdi".

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev bir neçə ay bundan əvvəl vəfat edən qızı Humay Quliyeva haqqında sosial şəbəkədə yazıb. Quliyev qeyd edilən düşüncələrin ona əzab verdiyini vurğulayıb.

"Hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram", - deyə sabiq səfir əlavə edib.

Xatırladaq ki, Vilayət Quliyevin qızı  Humay Quliyeva bu ilin mart ayının 14-də dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. 

H. Quliyeva Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri olub. O, bir sıra nüfuzlu qurumlarda çalışıb. BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Daimi izləyici · 14 Sentyabr 12:3050

    Allah rəhmət eləsin.Ovlad itkisi cox agir itkidir.Az da olsa hər hansi bir itki ilə barisa bilrsən ,amma ovlad itkisi adami param parca edir.Mən də o acini 6 ilə kecib yasayiram.Elə durust,tərbiyyəli,ədəbli ogulun anasi olmagim,məni az da olsa rahatlayir.

    Cavab yaz
    • Anonim
      Melek b · 14 Sentyabr 19:0910

      Allah rəhmət eləsin.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.