Yaralı əsgərlərə həyat bəxş edən şəhid anası: Oğlumun şəhid olacağı heç ağlıma gəlmirdi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Şamil Əliyev hələ Aprel döyüşlərində ermənilərin qorxulu kabusuna çevrilmişdi. O, qəhrəman kimi yaşadığı ömrünü ən uca zirvədə - şəhidlik məqamı ilə başa vurdu, həm də ata-baba yurdu olan Füzuli rayonunun azadlığı uğrunda.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əliyev Şamil Xançoban oğlu 1996-cı il martın 20-də dünyaya göz açmışdı. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilirdi. Hərbçi olmaq arzusu ilə yaşayan Şamil həqiqi hərbi xidmətini də ən çətin və şərəfli bir vəzifədə - kəşfiyyatçı olaraq yerinə yetirdi. Xidmətini fərqlənmə ilə bitirən Şamil evə döndükdən sonra ailəsindən xəbərsiz yenidən ordu sıralarında xidmət etmək üçün müraciət edib və arzusuna da çatıb. 2015-ci ildən müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanan Şamil xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı kimi xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədilə ordumuzun əks-hücumunda Şamil də ön sıralarda döyüşə qatılıb.
Şəhid anası Sədaqət Əliyeva qəhrəman oğlu haqqında fəxrlə danışır. Vətən müharibəsində xəstəxanada tibb bacısı işləyən Sədaqət Əliyeva deyir ki, hər dəfə təxliyə maşını gəldikdə çox həyəcanlı anlar keçirib: "Yaralılarımıza ilkin tibbi yardım göstərmək üçün var gücümüzlə çalışırdıq. Şamillə hər gün əlaqə saxlayırdıq və torpaqlarımızın azad edilməsi müjdəsini bizə çatdırırdı. Deyirdi ki, az qalıb Şuşaya da bayrağımızı sancacağıq".
Oktyabr ayının 16-da birgünlük istirahət üçün evə buraxılan Sədaqət Əliyevaya vaxtısz zəng gəlir, onu xəstəxanaya çağırırlar. "Həmin gün çox narahat idim, sanki nəsə itirmişdim, tapa bilmirdim. Amma Şamilin şəhid olacağı heç ağlıma gəlmirdi. Çünki o, yaralı halda belə döyüşə atılan qəhrəman idi. Lakin xəstəxanaya çatanda övladımın şəhid olduğunu öyrəndim. Çətin olsa da, övladımın Vətən uğrunda şəhid olması ilə qürur duyuram", - deyə şəhid anası bildirir.
Şəhidin dostu Naib Əliyev isə deyir ki, Şamil düşmənin xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsində şücaət göstərib. Hətta ermənilərin xüsusi təyinatlı hərbçilərinin əsir götürülməsində iştirak edib. Onun döyüş yolu Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində olub.
Vətən müharibəsində Əliyevlər ailəsindən iki qardaş Şamil və Kamil iştirak ediblər. Şamilin yarım qalan arzusunun gerçəkləşməsini həyata keçiriənlərən biri isə onun qardaşı Kamil olub. Şəhid anası Sədaqət Əliyeva isə döyüşlər ərəfəsində tibb bacısı olaraq yüzlərlə döyüşçünün həyatını xilas edib.
Şamil ata-baba yurdu Böyük Bəhmənlidə dəfn edilib. O, döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
XƏBƏR LENTİ
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun





