Qubada 70 il əvvəl qurulan, 110 nəfərdən ibarət Mirzəbəyovlar ailəsi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qubanın Bağçalı kəndində yaşayan Şirinbəy və Səbiyyə Mirzəbəyovlar ailə qurmalarının 70-ci ilini qeyd edirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, toy mərasimi 1951-ci ildə olan Mirzəbəyovlar ailəsində 10 övlad dünyaya gəlib- 5 qız, 5 oğlan. Hazırda Şirinbəy Mirzəbəyovun 89, həyat yoldaşının isə 85 yaşı var.
"Çətinliklərin öhdəsindən hər zaman birlikdə gəlməyə çalışıb, birgə mübarizə aparmışıq. Ailəmizin möhkəmliyinin sirri də elə xoş günlərdə birgə sevinib, çətində bir-birimizə arxalanmağımız, həyat yüklü məsələlərdə birgə qərar verməyimizlə bağlıdır. On uşağımız olub. Qızları köçürtmüşəm, oğlanları da evləndirmişəm. Yaxşı da, pis də günlərimiz olub. Əsas məsələ odur ki, mübahisə elədin, bir problem oldu, sonda gərək bir yolunu tapıb barışasan. Əgər mehriban dolanmaq istəyirsizsə can deyib, can eşitməlisiniz", - deyə ailə başçısı Şirinbəy Mirzəbəyov indiki gənclərə tövsiyələrini çatdırıb.
70 il birlikdə həyat sürən nənə və babanın hazırda 34 nəvəsi, 62 nəticəsi, 2 kötükcəsi var. Hər zaman halal zəhmətləri ilə ailəsini dolandıran Mirzəbəyovlar el-oba arasında hörmət və izzət qazanıblar.
Ailənin yükünü sevimli həyat yoldaşı ilə birlikdə çiyinlərində daşıyan Səbiyyə Mirzəbəyova bildirir ki, sağlam, tərbiyəli, ağıllı, zəhmətkeş uşaqlar böyütdüklərinə görə özlərini dünyanın ən xoşbəxt insanları sayırlar və övladları ilə fəxr edirlər.
"Yoldaşım gedib işləməyə, evə pul gətirib, çörək gətirib, mən isə uşaqları saxlamışam. Kolxoz dövründə işləmişik, gecə paltar yuyub, gündüz işə getmişəm. Beş qız köçürmüşəm, beş gəlin də gətirmişəm. Övladlarımı ayrı-seçkilik etmədən, fərq qoymadan böyütmüşəm", - deyə Səbiyyə Mirzəbəyova söyləyib.
Nümunəvi ailələrdən olan Mirzəbəyovların məsləhətləri ailə münasibətlərinin düzgün qurulması istiqamətində yaşanan çətinliklərin həllində dəyərli və əhəmiyyətlidir. Bu mehriban ailənin uzun və şərəfli həyat yolu keçməsi gənclərə parlaq örnəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mayın sonuna qədər sərvət qazanacaq BÜRCLƏR
-
Omeqa-3 həqiqətən faydalıdır?
-
Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri - Siyahı
-
Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Kür məcrasından çıxır - VİDEO
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
-
“Ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO
-
Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
-
"Mançester Yunayted"dən yay transfer pəncərəsində böyük büdcə - siyahı
-
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
-
"Real Madrid" "Barselona"nın transfer hədəfinə elçi düşdü
-
Sezon finalını tezləşdirdilər
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Anqolada torpaq sürüşməsi olub - azı 28 nəfər ölüb
-
Keçmiş xəstəxana direktoru vəfat etdi - FOTO
-
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
-
ABŞ İranla danışıqlarda ciddi irəliləyiş əldə edib





